in the future - u will be able to do some more stuff here,,,!! like pat catgirl- i mean um yeah... for now u can only see others's posts :c
"Qalxa-qalxa qiymətlər hara çatmaq istəyir ki? Dollar da qalxsın, manatın dəyəri də get-gedə ölür onsuz da.
İctimai nəqliyyatdan varlılar istifadə etmir, kasıb cərimə ödəsin, kommunal ödəsin, ərzaq və dərmanı nəylə ödəsin bəs? Pulu necə qazansın yaşamaq üçün?
Bir dəfəlik qanun çıxsın ki, imkanı, evi, işi olmayanlar dünyaya ancaq bir uşaq gətirə bilər. O bir uşağı böyütmək üçün də dövlət yardım etsin təhsilinə, həkiminə."
Nura Suri
27 - 2
Keçmiş siyasi məhbus, jurnalist Əfqan Muxtarlı Gürcüstanda həbs olunan başqa jurnalist Əfqan Sadıqovu müdafiə etdiyi üçün ölümlə hədələndiyini bildirir. Bu barədə Ə.Muxtarlı öz facebook hesabında yazıb:
"Gürcüstan Miqrasiya Xidməti Əfqan Sadıqova siyasi oturum verməkdən imtina edib. Lakin imtina ilə bağlı rəsmi sənəd vermirlər. Əfqana imtina ilə bağlı Azərbaycan dilində yazılmış, tarix, imza və möhür qoyulmamış bir vərəq veriblər. Bu vərəqlə məhkəməyə müraciət etmək mümkün deyil. Gürcüstan höküməti qanunsuzluğu davam etdirir və Əfqanı Azərbaycana təhvil verməkdə israrlıdır. Onu da qeyd edim Əfqanı müdafiə etdiyim və Gürcüstan hökümətini tənqid etdiyimə görə məni hədələyiblər. Məndən tələb edilər ki, Əfqanı müdafiə etməyim və Gürcüstan televizyalarında, digər media qrumlarında çıxış edərək İvanaşvili hökümətini tənqid etməyim. Bu sarsaqlar məni ölümlə təhdid edir. "
38 - 0
"Siyasi həbslər və təzyiqlər davam edir. Lakin bu prosses son mərhələyə qədəm qoyur. Bu gün məhkəmənin AXCP sədri Əli Kərimli ilə bağlı verdiyi qərar bir daha onu sübut edir ki, hakimiyyət həm medianı, hən sivil toplumu, həm də siyasi təşkilatların institusional dayaqlarını birdəfəlik məhv etmək istəyir. Məqsəd - adını çəkdiyim təsisatların hamısını və ilk növbədə müxalif siyasəti hüquqi çərçivədən tamamən çıxarmaqdır. Bu gün Əli Kərimlinin liderliyi altında Xalq Cəbhəsi - hüquqi müstəvidə olan və iqtidara boyun əyməyən müxalifətin son qalasıdır. Lakin hakimiyyət üçün də bu sonun başlanğıcı olacaq, əmin ola bilərsiniz".
Azər Qasımlı
Siyasətçi
45 - 3
"Azərbaycan əhalisini sərhədi bağlı yaşamağa öyrətdilər, indi də belə başa düşürəm ki, Bakı əhalisini susuz yaşamağa öyrədirlər. Bir cəmiyyyətdə ki, ağa-rəiyyət sistemi oturuşdu, orada ağalar rəiyyəti hər şeyə öyrəşdirə bilirlər. "
Altay Göyüşov
18 - 0
"Ölkəni xalastoy buraxıblar üzü enişə, biz də içində yumalana-yumalana möcüzə gözləyirik..."
Nazlı Ağayeva
24 - 0
"Putin gedəndən sonra bəziləri yazacaq ki, seçki demokratik olacaqdı, çar gəlib siyahını dəyişdi.) "
Şəmşad Ağa
11 - 0
Kəramət Böyükçöl: "Tiktokda qarşıma video çıxdı. Bir dəstə peşəkar oğru həbs olunub. Metroda, avtobusda pulu adamın cibindən necə çəkməkləri ilə bağlı danışırlar. Masterdilər. Valla bu cür kadrları, belə oğulları həbsxanada çürütmək doğru deyil. Bunları vəzifəyə qoymaq, qabağa çəkmək lazımdır. Heyfdirlər. Məhv olmasınlar. 😞"
67 - 2