in the future - u will be able to do some more stuff here,,,!! like pat catgirl- i mean um yeah... for now u can only see others's posts :c
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrin hərbi qulluqçuları “Qarabağ” ordeni ilə təltif edilmişdir. Təltif olunanlar arasında İsmayıllıdan olan hərbi qulluqçuların adlarını diqqətinizə təqdim edirik.
Haqverdiyev Qulam Fikrət oğlu – polkovnik-leytenant
Qədirov Məhəmməd Valeh oğlu – leytenant
Nəcəfov Fuad Taleh oğlu – miçman (ölümündən sonra)
Musayev Ramil Aydın oğlu – kiçik gizir (ölümündən sonra)
#Azərbaycan #Azerbaycan #İsmayıllı #ismayilli #Qəhrəman #Qarabağ #QarabağOrdeni #Şəhid #Lahıc #Gəraybəyli #Qalınçaq #turkiye
124 - 3
Baş leytenat "Vüqar Şıxıyev" - 44 gündə sorağı ən qaynar nöktələrdən gəldi.
Kəlbəcərə, Laçına qədər gedib cıxdın.
Çox təəssüf ki, bu döyüş yolunu qələbə sevincini balalarınla bölüşə bilmədin😪
Ölüm döyüş yolunu yarımçıq qoya bilmədi, həyat yolunu isə ((((( HEYİF, ÇOX HEYİF)))))
ALLAH RƏHMƏT ELƏSİN🙏
196 - 12
Qazimizi tanıyaq!
Diyallı kənd sakini Qasımov Elnur Şahin oğlu 01.02.1999-cu ildə İsmayıllı rayon Diyallı kəndində anadan olmuş, 2005—2014-cü illərdə Diyallı kənd tam orta məktəbinin 9-cu sinfini və 2014-2016-cı illərdə İsmayıllı Peşə Tədris Mərkəzinin Turizm üzrə mütəxəssis ixtisasını bitirmişdir. 2017-ci ilin iyun ayından-2019-cu ilin 27 may tarixinə qədər Gədəbəy ərazisində N saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olmuşdur. Səfərbərliklə əlaqədar könüllü olaraq II Qarabağ döyüşlərinə getmişdir. Döyüşlərdə piyada qoşunlarında olmaqla Talış- Çaykənd, sonra Ağdərə istiqamətində döyüşlərdə iştirak etmişdir. Son dəfə 06.10.2020- ci il tarixdə Ağdərə istiqamətində döyüşlərdə olarkən top mərmisinin partlaması nəticəsində yaralanmışdır. Qasımov Elnur Şahin oğlu əvvəlcə Gəncə şəhərində sonra Bakı şəhərində müalicə almışdır. Subaydır.
Atası Qasımov Şahin Məsim oğlu 1992-ci il 25 iyun tarixdən 31 avqusta qədər I Qarabağ döyüşlərində Füzuli istiqamətində N saylı hərbi hissənin döyüşçüsü olmuş və yaralanmışdır.
Sizinlə fəxr edirik!
#veten #qarabag #azerbaycandir #azerbaycan #cemilxalidoglu #cemil_xalidoglu #cəmil_xalidoğlu
149 - 3
Vətən Müharibəsidə İsmayıllı Rayonundan şəhid olmuş qardaşlarımız😪😪
SİZLƏRİ BÖYÜDƏN VALDEYNLƏRİN ƏLLƏRİNDƏN ÖPÜRƏM
SİZLƏRİN RUHLARINIZ QARŞISINDA BAŞ ƏYİRƏM!!
MƏKANINIZ CƏNNƏT OLSUN🙏
ŞƏHİDLƏR ÖLMƏZ
VƏTƏN BÖLÜNMƏZ
#şəhidlər#ölməz#vətən#bölünməz
#şəhid #qarabağ #qarabag #
119 - 18
Müharibənin gizli qalan qəhrəmanları - 44 gün ərzində torpağın üstündə yataraq yaralı əsgərləri xilas edən tibb işçiləri...
Tanınmaq onların haqqıdır!
143 - 5
Əliyev Fərid Hamlet oğlu 22.03.2001- ci il tarixində İsmayıllı şəhər Kürtmaşı kəndində anadan olmuşdur. 2018- ci ildə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin "Turizm və Onun Təşkili" ixtisası üzrə qəbul olunmuşdur. 2019-cu ildə təhsilinə fasilə verərək hərbi xidmətə getmişdir. II Qarabağ müharibəsində Füzuli şəhəri Horadiz qəsəbəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Allah rəhmət eləsin!
#sehidlerolmezvetenbolunmez#şəhidlər #şəhid #ölməz
218 - 7
💬❗ Ey gözəl millət, xahiş edirəm, hövsələniz olsun. Keçirdiyiniz narahatçılığı anlayırıq. Sizdə doğan suallar anlaşılandır, lakin cavabını gözləyək! Səbriniz olsun. Rəsmilərimizin məsələyə gətirəcəyi izahı gözləyək.
⚡ 2 ay öncə kimsə desəydi ki, Şuşada Azərbaycan bayrağı dalğalanacaq, yalnız yuxudur deyə düşünərdik. Bu gün isə bu reallıqdır. Biz rahat Qarabağımızı görüb, dadacayıq, qurub yaradacağıq!
💢 Azərbaycan ərazi bütövlüyünü bərpa edib! Azərbaycan gücü, qüdrəti hezabına ermənistanı kapitulyasiyaya məcbur edib! Biz bunu anlamalıyıq! Məsələyə bu qədər səthi baxmayaq. Bunu ucuzlaşdımağa haqqımız yoxdur. Xahiş edirəm sizdə yaranan suallarla, hansı ki, rəsmi cavab veriləcək qələbəmizə, zəfərimizə kölgə salmayın.
💤 🐉 Biz bundan sonra daha güclü, daha qüdrətli, daha həmrək, daha öncül olmalıyıq ki, hətta əgər ortaya bizi narahat edən məqamlar çıxsa belə, öhdəsindən rahatlıqla gələk. Bizdən sadəcə ehtiyyat etsinlər. Əminəm ki, ayının da ehtiyyat yeri çoxdur..
#Qələbə #KarabakhisAzerbaijan #victoryofazerbaijan
#QarabağAzərbaycandır Bitti! Qarabağ Xankəndi, Xocavənd, Ağdərə, Xocalısı ilə Azərbaycandır!!!
151 - 3
Gizir Mübariz İbrahimov 2010-cu il iyunun 19-da gecə təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz həmlə ilə məhv edir. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşür. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olur.
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adının (ölümündən sonra) verilməsi barədə Sərəncam imzalayıb.
2010-cu il sentyabrın 3-dən 4-nə keçən gecə Tərtərin Çiləbürt kəndi yaxınlığındakı döyüşdə şəhid olub. Birbaşa döyüş xəttində həlak olduğu üçün Fərid Əhmədovun meyiti düşmən tərəfdə qalıb və yalnız noyabrın 6-da Ermənistan və Azərbaycan tərəflərinin razılaşmaları nəticəsində qaytarılıb.
2010-cu il noyabrın 7-də Prezident İlham Əliyev baş leytenant Fərid Güloğlan oğlu Əhmədovun "İgidliyə görə" medalı ilə təltif edilməsi (ölümündən sonra) haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, şəhid Fərid Əhmədov bu medala hərbi borcunu həyatı təhlükə altında yerinə yetirərkən igidlik göstərdiyinə görə layiq görülüb.
#qehraman#milli#qəhraman#mubariz#mübariz#fərid#mubariz#ferod
106 - 3
Cəmil Xalidoğlu Abunə olun
----
Sponsorluq, reklam və iş birliyi üçün elaqə : +994 55 495-72-54
Müəllifi olduğumuz videolardan istifadə ederək Müəllif Hüquqlarımızı pozmusuzsa bizimlə Əlaqə saxlayaraq geri çəkib etdirə bilərsiniz!
-------
#cemilxalidoglu #cemil_xalidoglu #cəmilxalidoğlu #cəmil_xalidoğlu