Progress Service Center MMC – Mühasibat xidmətləri, maliyyə, vergi, korporativ hüquq və kadr uçotu üzrə konsaltinq xidmətləri, həmçinin müxtəlif biznes sahələri üzrə təlim xidmətləri istiqamətində artıq 6-cı ildir ki, fəaliyyət göstərən bir “Xidmət mərkəzi”dir. Bazarın daim yenilənən tələbləri, qanunvericilikdə baş verən müvafiq dəyişikliklər və vaxta qənaət şirkətimizin öz inkişaf xəttini müəyyənləşdirərkən nəzərə aldığı əsas amillərdir. Xüsusilə də sahibkarlıq fəaliyyətinin qurulması və inkişafı üçün lazım olan bir neçə xidmətin bir ünvanda, bir Mərkəzdə toplanması sahibkarların ən qiymətli resursu olan “vaxt”a qənaət
etmək imkanı yaradır. İnkişaf perspektivləri cəhətdən kadr savadlılığının artırılmasında da maraqlı olan Mərkəzimiz Azərbaycanın ilk Peşəkar Mühasib Təşkilatı olan APFM-in (Azərbaycan Professional Maliyyə Menecerləri Assosasiyası) akkreditasiyalı tədris mərkəzi kimi tanınır.