Polyagro MMC Azərbaycanda suvarma sistemləri üzrə fəaliyyət göstərən mühəndislik şirkətidir. Dünya lideri olan şirkətlərlə əməkdaşlıq edən Polyagro MMC təklif etdiyi innovativ və daha effektiv metodları ilə ölkəmizdə bu sahəyə yeni nəfəs verməkdədir.
Polyagro yerli və xarici mütəxəsislərdən ibarət komandası ilə suvarma sistemləri sahəsində layihələrin müasir üsullarla və kompüter proqramlaşmasından istifadə etməklə hazırlanması, qurulması və sistemə nəzarəti kimi bütün prosesləri əhatə edən mühəndislik fəaliyyətlərini həyata keçirir.