Youtube kanalımıza xoş gəlmisiniz.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin “Orta Əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu 2019-cu il 22 oktyabrda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə yaradılıb.Qoruq ərazisində 19 tarixi-mədəniyyət abidəsi qeydə alınıb.3-ü memarlıq, 16 arxeoloji abidədir.Ərazidə "Qədim hamam kompleksi","Cümə məscidi","Baş meydan",“Buzxana-anbar","Sənətkarlıq məhəlləsi" yerləşir.Ağsu Azərbaycanın son orta əsrlərdə əhali sayına və ərazisinə görə ən böyük şəhəri olub.Nadir şahın 1735-ci ildə inşa etdirdiyi şəhər 40 ha sahəni əhatə edib.2010-cu ildə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Ağsu arxeoloji ekspedisiyası Professor Qafar Cəbiyev və tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillinin rəhbərliyi ilə qazıntılara başlayıb. 2012-ci ilin dekabrınadək 3 il ərzində aparılan arxeoloji tədqiqatlarda 1,5 ha sahə öyrənilib,7000 kv.m. sahənin üzəri örtülüb.