Channel Avatar

Firudin Həmidli @UCXkO7jU18JAsTAZszuf4xpQ@youtube.com

4.9K subscribers - no pronouns :c

More from this channel (soon)


Welcoem to posts!!

in the future - u will be able to do some more stuff here,,,!! like pat catgirl- i mean um yeah... for now u can only see others's posts :c

Firudin Həmidli
Posted 8 hours ago

Rejissor Əjdər İbrahimov və Türkan Şoray Moskva Beynəlxalq Kino Festivalında. İyul 1985-ci il.
Foto: "Milliyet" qəzeti

5 - 0

Firudin Həmidli
Posted 2 weeks ago

İncəsənət tariximizin böyük simaları: heykəltaraş Fazil Nəcəfov, rəssamlar Rasim Babayev və Böyükağa Mirzəzadə.
Rasim Babayevin emalatxanası. Avqust 1980-ci il.
Foto: Valeri Şustov

7 - 0

Firudin Həmidli
Posted 3 weeks ago

"Milliyet" qəzeti 1966-cı ildə Rəşid Behbudovun Türkiyədə filmə çəkiləcəyi ilə bağlı xəbər yaymışdı. Görünür, hansısa səbəbdən bu layihə baş tutmayıb...
(Fotoya bütöv baxmaq üçün üzərinə toxunmağınız lazımdır)

8 - 1

Firudin Həmidli
Posted 1 month ago

26 sentyabr 1987-ci ildə "Milliyet" qəzeti yazırdı: "Zəki Mürən Azərbaycana dəvət edildi".
Təəssüf ki, unudulmaz sənətkar ölkəmizə heç vaxt gəlməyib...

6 - 0

Firudin Həmidli
Posted 1 month ago

1991-ci ilin iyulun 5-də Bakıdan, Kiyev prospektindən (indiki Akim Abbasov küçəsi) 18 yaşlı Səbinə Musazadə "Milliyet" qəzetinə məktub yazaraq özünə İstanbuldan dost axtardığını bildirir. 🙂
Çox maraqlıdır, həmin xanım, görəsən, kimdir, indi haradadır? Maraqlıdır ki, türklərin özlərinin də əksər hallarda nəzərdən qaçırdıqları Türkiyə türkcəsinə məxsus bir qaydaya – şəkilçilərin xüsusi isimlərdən tək dırnaqla ayrılmasına riayət edib. Bilmirəm, həmin vaxtlarda türkcə kitablar, qəzet və jurnallar, xüsusilə "Milliyet" qəzeti ölkəmizdə hansı dərəcədə əlçatan idi? Görəsən, gənc qız bu məktubunun qəzetdə çıxdığını görübmü? Əsl hekayə mövzusudur...

4 - 0

Firudin Həmidli
Posted 1 month ago

29 avqust 1996-cı il. Əzizə Mustafazadə barədə "Milliyet" qəzetində çıxmış yazı.
(Fotonu bütöv görmək üçün üzərinə vurmağınız lazımdır)

10 - 0

Firudin Həmidli
Posted 1 month ago

31 oktyabr 1991-ci il, "Milliyet" qəzeti.
Görkəmli sənətkarımız Lütfiyar İmanovun İstanbulda verəcəyi solo konsertlə bağlı elan...
O həmin günlərdə türk bəstəkar Adnan Saygunun "Kərəm" operasında da baş rolu oynayırdı.

9 - 0

Firudin Həmidli
Posted 1 month ago

Rasim Babayev – "Divlər şəhəri" (2007)

Bu, böyük rəssamın axırıncı əsəridir. Bakını birdən-birə şər qüvvələrin basdığını görən Rasim Babayev onların əsl simalarını öz doğma bənzətməsi ilə – divlərlə göstərir və kənarda durub rişxəndlə gülümsəyir...

6 - 0

Firudin Həmidli
Posted 1 month ago

23 noyabr 1973-cü il.
Maestro Niyazinin Türkiyəyə səfəri əsnasında "Milliyet" qəzetinə müsahibəsi.

8 - 0

Firudin Həmidli
Posted 2 months ago

Ayna Sultanovanın çox nadir fotosu...
1910-cu illər.

Süni intelleklə bərpa və rəngləndirmə: Firudin Həmidli

8 - 0