in the future - u will be able to do some more stuff here,,,!! like pat catgirl- i mean um yeah... for now u can only see others's posts :c
Əssələmu aleykum. Bu mübarək ayda edilən ümrə ziyarəti digər aylarda ediləndən daha əfzəldir. Eləsi gəlin bu ümrə ziyarətini birlikdə edək. Allah müvəffəq etsin.
Qrup rəhbəri: Vüqar Qurbanov
63 - 0
Böyük İslam alimlərindən olan İmam əs-Səxavi demişdir: "Peyğəmbərə ﷺ salavat gətirmək ən bərəkətli, ən fəzilətli və faydası çox olan əməllərdən biridir."
__________________________
📚 əl-Qovlu-l-bədi, səh.109
53 - 5
Əssələmu aleykum dəyərli izləyicilər.
Axşam saat 22:00-da Vüqar Qurbanovun rəsmi Youtube kanalında Rusiya, Azərbaycan və Orta Asiyadan olan Səudiyyə Ərəbistanı universitetlərinin məzunlarının Qırğızıstanın Bişkek şəhərində baş tutan konfransından hazırlanmış video çarxı sizlərə təqdim edəcəyik.
132 - 15
🔹Tövhidin əzəmətli səmərəsi.
Şeyx Muhəmməd ibn Saleh əl-Useymin (Allah ona rəhmət eləsin) demişdir: "Bəzən insanın nəfsi ona qalib gəlir və beləcə bəzi günahlar edir. Lakin, Allaha olan ibadətində, itaətində ixlaslıdır. Buna görə də Qiyamət günü Allahla qarşılaşdığı zaman tövhidin savabı günahlarına kəffarə olacaq. "
✒️ əl-Qovlu-l-Mufid Alə Kitəbi-t-Tovhid, 1/78.
64 - 0
youtube.com/live/oqvh0o1U5DY?feature=shared
Saat 21:45- də Vüqar Qurbanovla Canlı Yayım olacaq inşəallah.
Mövzu: Övlad tərbiyəsində nələrə fikir verməliyik?!
30 - 0
youtube.com/live/tz0ICZPGV0k?feature=shared
Əssələmu aleykum.
Saat 22:30-da Vüqar Qurbanovla Canlı Yayım olacaq inşəallah.
Mövzu: Müsəlman lazım olan əxlaqi xüsusiyyətlər.
34 - 0
Məymun ibn Məhran (Allah ona rəhmət etsin) demişdir: "Mən öləndən sonra başqasının əvəzimdən yüz dirhəm sədəqə verməsindənsə, sağ ikən özümün bir dirhəm sədəqə verməyim mənə daha sevimlidir."
📚 Hilyətu-l-övliya, 4/87
________________________
Ona görə də imkanı olan müsəlman, sən gözləmə ki, sən öləndən sonra sənin varislərin sənin əvəzindən lazimi qədər sədəqə verəcək. Bunu bir dəfə edərlər, iki dəfə, çoxu üç dəfə. Sonra başları öz dünyavi işlərinə, problemlərinə, ailə qayğılarına qarışacaq. Hətta sənin qoyduğun mirasla öz əyləncələrinə belə xərcləyəcəklər. Lakin sən sağ olduğun müddətcə, sənin malın sənə hələ də savab qazandıra bilər. Sən öz xoşunla sədəqə ver. Bunun savabı daha böyükdür. Çünki özün etmisən. Bil ki, bütün mülkün sahibi olan Allahla ticarətə sərmaya yerləşdirsən, qazancın çox yüksək olar. Allah Təalə Özü buyurur:
29. Allahın Kitabını oxuyanlar, namaz qılanlar və özlərinə verdiyimiz ruzilərdən gizli və aşkar xərcləyənlər zərər olmayacaq bir ticarətə ümid edirlər ki,
30. (Allah) onlara mükafatlarını tam olaraq versin və onlara Öz lütfündən artırsın. Həqiqətən, O, Ğafurdur (bağışlayandır), Şakurdur (şükürün əvəzini verəndir).
[Fatir surəsi, 29-30)
youtube.com/@qurbanovvuqar?feature=shared
www.facebook.com/profile.php?id=100090605280725&mi…
36 - 0
youtube.com/live/69GBw-VDhBI?feature=shared
Əssələmu aleykum. Saat 22:10-da Vüqar Qurbanovla Canlı Yayım olacaq inşəallah.
Mövzu: Tövhid kəliməsinin şərtləri.
25 - 0
youtube.com/live/KAYr4iboixY?feature=shared
Əssələmu aleykum.
Saat 21:30-da Vüqar Qurbanovla Canlı Yayım olacaq inşəallah.
Mövzu: Dəstəmazın ərkanları.
34 - 0
Əziz və dəyərli müsəlmanlar!
Sizləri Vüqar Qurbanovun YouTube kanalına abunə olmağa dəvət edirik. Qayəmiz insanları Allahın kitabına və Peyğəmbərinin ﷺ yoluna dəvət etməkdir. Siz də bu dəvətin yayılmasında öz töhfənizi vermək istəyirsinizsə, dərsləri izləyin, bəyənin və paylaşın! Şərh yazmağı da unutmayın! Xeyrə səbəb olan onu etmiş kimidir.