Müxtəlif irfani mərhələlərdə ariflərdə müəyyən ruhi hallar olar. Gördükləri həqiqətlərin və keçirdikləri hislərin təsiri ilə bəzi dərin mətləbləri bəyan edərlər. Danışıqları, düşüncələri və zahirləri adi insanlardan fərqlənər. Buna görə də onlrı tarix boyu dəli və səfeh hesab etmişlər. Lakin həqiqi səfeh bu cür tənə vuran insanların özləridirlər.
“Və onlara “İnsanlar iman gətirdikləri kimi siz də iman gətirin” deyilən zaman onlar “Necə, səfehlərin iman gətirdikləri kimi biz də iman gətirək?” deyərlər. Agah olun ki, səfeh onların özləridirlər, lakin bunu bilməzlər”.
Bəqərə/13
Zər qədrini zərgər bildiyi kimi, bu cür insanların da qədrini həqiqi elm əhli bilər.