Prospect ERP-nin təqdim etdiyi SMB sistemi Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafına dəstək üçün nəzərdə tutulmuş çoxfunksiyalı online idarəetmə sistemidir. Bu biznes aləti idarəetməni tamamilə avtomatlaşdırmaqla iş effektivliyinin artırılması, zamana və xərclərə qənaət edilməsi yolu ilə hər bir şirkətin inkişafını təmin edir. Proqram təminatının təqdim etdiyi əməkhaqqı, davamiyyət, satış, xərclər, kassa, əlaqələr, zənglər borclar, tapşırıqlar jurnalları və hesabat imkanları vasitəsilə şirkətin hər bir bölməsini əhatə edən strukturlaşmış və şəffaf idarəetmə sistemi formalaşır. İstifadə qaydası olduqca bəsitdir və geniş inteqrasiya olunma üstünlüyünə sahib təkmilləşmiş SMB sistemi startaplar, kiçik və orta sahibkarlar üçün uyğun və müxtəlif imkanlar paketlərini həm də olduqca sərfəli qiymətlərlə təklif edir.