~ Məqsədimiz, təhsilimiz və təcrübələrimizin nəticəsində formalaşan peşəkar hədəfimizlə, şəxsi məhrəmiyyətə və etik prinsiplərə üstünlük verərək insanların həyat keyfiyyətlərini artıracaq şəkildə psixoloji xidmət göstərməyi əsas tutmaq və elmi inkişaflar çərçivəsində psixologiyanın müxtəlif sahələri üzrə nəzəri və praktiki olaraq keyfiyyətli təlim, kurs və seminarlar təşkil etməkdir. Həmçinin, analitik və empatiya qabiliyyəti yüksək, araşdırmağa, öyrənməyə, yeniliklərə marağı olan, etik dəyərləri qoruyan psixoloqlar yetişdirmək də əsas məqsədlərimizdən biridir.
~ Eklektik anlayışla ölkəmizdə psixoloji konsultasiya mədəniyyətinin yayılması və davamlı zəminin formalaşmasına kömək edən komandamızın müasir, rasional, prinsiplərinə sadiq və məsuliyyətli yanaşması ilə müraciət edən şəxslərə uyğun psixoterapiya metodlarını tətbiq edərək onların psixoloji rifah halının sağlam şəkildə irəliləməsini hədəfləyirik.