in the future - u will be able to do some more stuff here,,,!! like pat catgirl- i mean um yeah... for now u can only see others's posts :c
بسم الله الحمد لله والصلاة والسلام على رسول الله و بعد :
إذا فقد الحياء من المرأة ، أصبحت كالوردة التي تفقد رائحتها من كثرة شمها.
Qadın əgər həyasını itirdisə, eynilə çox qoxlanmaqdan ətrini itirmiş gül kimi olur.
-------------------------------------
Allah qadını xəlq etdikdə onun fitrətinə iffət və həyanı yerləşdirib. Bu iki şey qadının qorunması üçün vacibdir. Allahu Təalə şəriətində də qadına vəlisinə və zövcünə itaəti əmr edib. Qadına təsəttürü vacib edib, evində qərar tutmağı fərz edib. Bunlar hamısı qadının fitrətində olan iffəti və həyanı qorumaq üçündür. Bu gün sosial şəbəkələrdə İslam qadınının rəmzi olan təsəttürü it qabağına atan "qadınlar" VALLAHİ İslamı, iffəti anlamamış rəzil insanlardır.
Biz 15 ildən artıqdır bu qövmə İslam dəvəti aparırıq. Bu dəvətdə payı, əziyyəti olmayan kəslər 10-15 ildən sonra sürüylə bu dəvətə zərər vururlar.
Qadınlar hicabla, niqabla "poz verirlər" minlərlə naməhrəmin gözünün qabağında. Məqsədləri bəllidir: özlərini bəyəndirirlər. Bu fuhuşlarını İslama ləkə vuraraq edirlər. İslamda belə ərə getmirlər. Bəziləri ticarət edir guya; bəzisi dindən danışır, anladır guya. Bu "qadınlar" dayandırılmasa, gələn və böyüyən növbəti nəsil bundan da betər olacaq. İslam dini, İslam dəvəti, həmçinin, mən bu insanlardan bəriyəm. Bu pis vaqiəni öncə Allaha şikayət edirəm, sonra isə müsəlmanlara buna qarşı olmağı nəsihət edirəm.
Abu Yunus Vadavi
70 - 6
فاطمة بنت محمد بن عبد الوهـاب رحمهما الله
"كانت عالمة تُدرّس في منزلها العلوم الشرعية والسيرة النبوية، اتجهت لطلب العلم منذ صغرها حتى عنست ولم تتزوج. وقد كانت موصوفة بالجمال ومنتهى العفّة..."
[علماء نجد (٣٦٤/٥)]
Fatimə bint Muhamməd bin Abdulvahhab rahiməhuməllahu
Alimə idi. Öz evində şəriət elmləri, nəbəvi sira tədris edirdi. Kiçik yaşlarından elmə yönəldi, evlənmədi. Gözəl və həyalı olaraq vəsf edilmişdir. (Uləməu Nəcd 5/364)
-------------------------------------------------------
Bizim tövhid camiasında heç belə kişilər yoxdur, nəinki qadınlar.
Sizin gördüyünüz dələduz, möhtəkir, işbaz din anladanlar elmin müqəddiməsindən qorxan, ancaq mündəricatından danışan qafillərdir.
Abu Yunus Vadavi
53 - 0
Orta statistik Azərbaycan tövhid iddialı "dindarının", əsasən, sosial şəbəkə, qismən də real həyatda dini bir mövzu müzakirə olunduqda şablon çeynədiyi cümlələr və sözləri bunlardır:
1) "Get dinini öyrən, təqlid etmə";
2) "Burax bu danışanları, get Quran oxu";
3) "Əlhəmdulilləh, biz dinimizi bilirik. Mən heç kəsə qulaq asmıram";
4) "Kimi deyirsən? A kişi, o altını vurub";
5) "Mən elm tələbəsi hərləmirəm, alimlərə qulaq asıram";
6) "Nə Əbu filankəs? İlah etmisən";
7) "Kimi deyirsən? Onun yüz dənə küfrü var";
8) "Əlhəmdulilləh, alimlər bizlik deyil, qardaş, dəlil var Quranda";
9) "Allah səni onunla həşr etsin";
10) "Əşşi, zındıq, nəcis təqlidçidir hamısı";
11) "Mənə fərqi yoxdur, atamı-anamı təkfir etmişəm".
Bunlardan həmişə olub, həmişə də olacaq. Gözəl şəkildə yola verib yaşamaq lazımdır.
Abu Yunus Vadavi
66 - 9
Ətyeyən quş dimdiyindən tanınır.
Kitab oxumuş, mütaliəli kəs nitqindən; səmimi danışan kəs üzündən, gözündən, cizgilərindən; ərəb dilini bilən dəvətçi başqa dildə danışsa da; hikmət sahibi susanda da; cahil kəs danışanda da TANINIR. Təbii ki tanıya bilən kəsə.
Abu Yunus Vadavi
79 - 3
İslam dininə "gəldikdən" sonra aşırı, çərçivəsiz, ifrat fikirlərə giriftar olan gənclərin, demək olar ki, hamısı İntellektual olmayan, təhsilsiz, savadsız və normal ortamlarda tərbiyə almamış insanlardır.
İlk dövrdə çıxmış xaricilər də hamısı bədəvilər idi. Bunlardan nə özlərinə, nə ətrafa, nə də islama bir fayda gəlməyəcək. İki hərəkətlə bu zərərin qarşısını almaq və ya balans yaratmaq olar:
1. Savadlı təhsilli kütləni islama dəvət etməklə;
2. Müsəlmanlar övladlarını dindən sonra dünyəvi elmə də rəğbətləndirməlidirlər, təhsil verməlidirlər.
Bu iki tərəf də mütləq islam camaatının aparıcı qüvvəsinə çevriləcəkdir.
Vadavi
79 - 4
Abu Yunus Vadavinin Rəsmi Youtube kanalı.
Dərsləri kəsib paylaşmağa halallıq verilmir