Channel Avatar

Özünü Dərk ET Kanalı @UCCwvhIo0Cm_FNwf8wEp7EdQ@youtube.com

1K subscribers - no pronouns :c

Özünü Dərk etmək istəyən hərkəs üçün- asur,rakşas,iblis, təp


Welcoem to posts!!

in the future - u will be able to do some more stuff here,,,!! like pat catgirl- i mean um yeah... for now u can only see others's posts :c

Özünü Dərk ET Kanalı
Posted 8 months ago

Kül altında qalmış Pompeyin divarlarının birində Sokrat poz verir. Bu hardasa eramızdan əvvəl 2-1ci əsrlərdi. İtalyanlar o zamandan Sokratı reklam edirdilər. Sonra 1300 ilə yaxın zamanda Sokratı unutdular, sonra yenidən yada saldılar. Bir rəsmə baxın. Elə bil smartfondan çəkiblər.

6 - 0

Özünü Dərk ET Kanalı
Posted 8 months ago

3 - 0

Özünü Dərk ET Kanalı
Posted 8 months ago

Mənim danışdıqlarımı, Maddi aləmə bağlanmayın, Pula can atmayın deməyimi- Mən deməməliyəm. Bunu qocalar, "Ağsaqqallar" etməlidir. Maaləsəf Ağsaqqallar puldu, ryümkadı, təspehdi, gəncləri qınamaqdı, nəvə oynadmaq, pul qopartmaq, söz atmaq və s...məşquldu. Cavan adam deyir ki- Özünü Dərk et, Qoca deyir ki- Pul qazan, vur tala, camaatın balası...nə bilim nə.. Qocalar internetdən istifadə etsələr belə yenədə eyni şeyi edəcəklər. Onnansa səfeh səmimi cavan mən sizə Həqiqəti deyim, nəinki bir məqsədi olan, "Bicok", qoca kaftarlaşmış meymun. Ona görədə Ölkə belə durumdadı. Bu kanala az adam baxır- çünki burda Romantik fəlsəfədən danışılmır, burda Pozitiv fəlsəfədən birxəbərdə yoxdu, burda heçkəsin bu ölkədə görmədiyi Eksklüziv və Acımasız həqiqətlər var. Kanalın sahibi illərini həqiqəti anlamağa verib. Və bunu heçnəyə dəyişməz. Ümid edirəm ki Özünü dərk etmək istəyənlərin sayı birazda olsa artdı. Eşşək yükü daşıyıram, bataqlıqda çomalıyıram bu kanal üçün nəsə edəndə. Çünki Möcüzə etməyə çalışıram. Korları oyadmağa çalışıram. Aldanmayın. Nə Pərviz, nə bir başqası Həqiqəti bilmir. Ancaq Siz onu tapa bilərsiz, özüdə ancaq İçinizdə. Bu qədər.

11 - 1

Özünü Dərk ET Kanalı
Posted 8 months ago

İllüziyanı illüziya olaraq görsəz ondan Qurtulacaqsız

6 - 0

Özünü Dərk ET Kanalı
Posted 8 months ago

Nə İblisə tabe ol, nədə Allaha !

Çarəsizliyin, acizliyin, çıxılmazlığın, qaçınılmazlığın, əzabın, ümidsizliyin Dibinə çöksən, Allahdan kömək gözləməkdən əl çəksən, birşey tməklə birşeyi heçcürə dəyişə bilməyəcəyini anlasan, yalnız o zaman- Allahın elə Sənin özün olduğunu görəcəksən. Heçbir insan bu Həyatı necə yaşamalı olduğunu bilmir. Düz, səhv, xeyirli, şərli..anlayışlar sadəcə yaradıcılığımız üçün var olan fırçalardı. Mənim içimdə Sonsuz İblislik, sonsuz Mələklik potensialı var. Başımı tutub-Mən Kiməm !?- deyə soruşuram özümdən və cavab yoxdu, olmayacaqda. Anlaşılası, tapılası, axtarılası, çözüləsi heçnə yoxdur. Uydurduğum İblisdə, Allahda sadəcə Mənim naməlum mənliyimin məhsuludu. Kiməm mən ? Nəyəm ? Deyim mi ? Demiyim mi ?

10 - 0

Özünü Dərk ET Kanalı
Posted 8 months ago

Çəkdiyimiz Həyat filmlərimizi seyr edirik. Bir rejissor kimi sizlərə- Özünü dərk edin- adlı film çəkməyi tövsiyə edirəm. Çoxda pis film çəkməmişəm, yoxsa Auşvitzdə filan yaşayardım)) Bizi zəif, cılız edən içimizdə ki səhv düşüncələrdi(onlarda öz yerindədi əslində). Necədisə, necəyiksə Elədi hərşey. 8 milyard film çəkilir hər gün. Gün yoxdu, zamanda yoxdu. Bıdır bıdır dır dır...Gicgicəlik Həqiqətdir.

3 - 2

Özünü Dərk ET Kanalı
Posted 8 months ago

Qızlar deyir- Ey Krişna paltarlarımızı qaytar, dəcəllik eləmə !
Krişnada tütəkdə ifa edir. Əsl Tanrı oyunbazdı, oynayandı, şuluqluq dəcəllik edəndi, qeyriciddidir. İbrani dinlərdə ki Tanrı ciddi ölü diktatora bənzəyir.

8 - 2

Özünü Dərk ET Kanalı
Posted 8 months ago

Dostum, kanalın izləyicisi olan Fərid bəyə İsveçrədən videolara görə təşəkkür edirəm.

6 - 0

Özünü Dərk ET Kanalı
Posted 8 months ago

Əyyub

1 Əyyub belə cavab verdi:
2 «Yəqin ki siz özünüzü xalq içində müdrik sanırsınız,
Siz öləndə hikmət də öləcək.
3 Sizin qədər mənim də ağlım var,
Sizdən geri qalmıram.
Bu cür şeyləri kim bilmir?
4 Mən dostlarımın gülüş hədəfi olmuşam,
Vaxtı ilə Allaha yalvaranda mən də cavab almışam,
Amma indi bir saleh, bir kamil insan gülünc olub.
5 Dərdsizlər bəlanı boş bir şey sanır,
Büdrəyənlər üçün bəla hazır dayanır.
6 Soyğunçuların çadırlarında rahatlıq var,
Allahı qəzəbləndirənlər əmin-amanlıqdadır,
Axı onlar Allaha yox, öz qollarına arxalanır.

7 Gəl heyvanlardan soruş, qoy sənə bildirsin,
Qoy göydəki quşlar sənə desin,
8 Torpağa de, qoy o sənə bildirsin,
Dənizdəki balıqlardan soruş, sənə məlumat versin.
9 Bunlardan hansı biri bilmir ki,
Bunu Rəbbin əli edib?
10 Hər yaratdığının canı Onun əlindədir,
Bütün insanların nəfəsi Onun əlindədir.
11 Yeməyin dadını damaq hiss etdiyi kimi
Qulaq da sözləri sınaqdan keçirməzmi?
12 Ağsaqqalların hikməti var,
Uzunömürlülər dünyagörmüş olar.

13 Hikmət və qüdrət Allahdandır,
O, nəsihət və dərrakə verir.
14 Onun yıxdığı bərpa olunmaz,
Onun həbs etdiyi insan azad olmaz.
15 Suları kəsərsə, quraqlıq olar,
Suları buraxsa, dünyanı sel aparar.
16 Qüdrət və hikmət Onundur,
Aldadan da, aldanan da Onundur
17 Məsləhətçiləri talana məruz qoyar,
Hakimləri axmaqlaşdırar.
18 Padşahların bağladığı bağı açar,
Bellərinə qurşaq salar.
19 Kahinləri talana məruz qoyar,
Mətinləri də devirər.
20 Etibarlı məsləhətçiləri susdurar,
Ağsaqqalların ağlını alar.
21[11] Əsilzadələrin üstünə rüsvayçılıq yağdırar,
Güclülərin qurşaqlarını çıxarar.
22 Qaranlığın dərin sirlərini açar,
Ölüm kölgəsini aydınlığa çıxarar.
23 Millətləri çoxaldar, millətləri yox edər,
Millətləri artırar, millətləri sürgün edər.
24 Dünyanın başçılarının ağlını başından alar,
Yolu-izi məlum olmayan çöllərdə dolandırar.
25 Qaranlıqda əl sürtə-sürtə yeriyərlər,
Onları sərxoş kimi aşa-aşa gəzdirər.

13

redaktə

1 Bax gözlərim hər şeyi gördü,
Qulaqlarım bunu eşidib dərk etdi.
2 Sizin bildiyinizi mən də anlayıram,
Sizdən geri qalmıram.
3 Amma istəyirəm Külli-İxtiyarla danışım,
Allahla mübarizə aparım.
4 Sizlərsə yalandan mala çəkirsiniz,
Hamınız dəyərsiz həkimlərsiniz.
5 Kaş hamınız səsinizi kəsəydiniz,
Onda hikmətli görünərdiniz.
6 İndi necə bəhsə girdiyimi eşidin,
Dilimin iddiasını yaxşı dinləyin.
7 Məgər Allah üçün haqsız sözlər söyləyəcəksiniz?
Onun adına yalanmı söyləyəcəksiniz?
8 Sizmi Onun tərəfini tutacaqsınız?
Sizmi Onun müdafiəsinə qalxacaqsınız?
9 O sizi istintaq edərsə, yaxşı olarmı?
İnsanları aldatdığınız kimi Onu da aldadacaqsınızmı?
10 Əgər Onun tərəfini gizli tutsanız,
Şübhəsiz ki, sizi də məzəmmət edər.
11 Onun əzəməti sizi vahimələndirməzmi?
Xofu üstünüzə düşməzmi?
12 Fikrinizdəki sözlər, məsəllər külə dəyməz,
Müdafiəniz lilə dəyməz.

13 Susun, qoyun danışım,
Qoy başıma gələn gəlsin.
14 Həyatım təhlükəyə düşürsə-düşsün.
Canım bəlaya düşürsə-düşsün.
15 Məni öldürsə də, Ona etibar edəcəyəm,
Amma yolumun müdafiəsi üçün hüzuruna çıxacağam.
16 Əslində bu məni qurtaracaq,
Çünki Allaha inanmayan Onun hüzuruna gələ bilməz.
17 Diqqətlə sözlərimə qulaq asın,
Qoy elan etdiklərim qulaqlarınızda qalsın.
18 Baxın mühakiməyə hazırlaşmışam,
Haqlı çıxacağımı bilirəm.
19 Kim məni ittiham edəcək?
Eləsi varsa, son nəfəsimi verib susaram.

20 Ey Allah, mənim üçün bu iki şeyi et ki,
Səndən gizlənməyim:
21 Əlini üzərimdən götür,
Məni dəhşətinlə qorxutma.
22 Sonra da məni səslə, qoy Sənə cavab verim,
Yaxud da qoy mən danışım, Sən cavab söylə.
23 Təqsirlərim, günahlarım nə qədərdir?
Mənə üsyankarlığımı və günahlarımı bildir.
24 Niyə üzünü gizlədirsən,
Məni düşmən hesab edirsən?
25 Məgər yelin qopardığı yarpağı qorxudacaqsan?
Məgər quru saman çöpünü qovacaqsan?
26 Çünki əleyhimə acı şeylər yazırsan,
Gənclikdə etdiyim günahları mənə irs olaraq verirsən.
27 Ayaqlarımı buxovlayırsan,
Bütün yollarıma göz qoyursan,
Hər addımımı yoxlayırsan.
28 Ona görə çürük şey tək məhv oluram.
Güvə yemiş paltar kimiyəm.

14

redaktə

1 Qadından doğulan insanın ömrü azdır,
Həyatı sıxıntı ilə doludur.
2 Çiçək kimi açar, solar,
Kölgə kimi keçib-gedər.
3 Gözlərini beləsinəmi dikirsən?
Mühakimə etmək üçünmü məni hüzuruna gətirirsən?
4 Kim çirkab içindən təmiz bir şey tapar?
Heç kim!
5 İnsana ömür günləri müəyyən edilib,
Aylarının sayını Sən bilirsən,
Ömrü üçün müəyyən hədd qoymusan,
Bu həddi keçən yoxdur.
6 Sən ondan gücünü çək,
İş gününü bitirən zəhmətkeş kimi
Bir az dincəlsin.

7 Bir ağac üçün ümid var,
Kəsilsə belə, yenə pöhrəsini verər,
Şaxələri əskilməz.
8 Kökü yerdə qocalsa da,
Kötüyü torpaqda məhv olsa da,
9 Suyun iyini duyanda çiçəklənər,
Cavan ağac kimi şaxələnər.
10 Amma insan ölər, dəfn olunar,
Son nəfəsini verər, yox olar.
11 Dəniz suları çəkilib getdiyi kimi,
Çaylar azalıb quruduğu kimi
12 İnsan da yatar, bir daha qalxmaz,
Göylər yox olanadək oyadılmaz,
Yuxularından ayılmaz.

13 Kaş ki məni ölülər diyarında gizlədəydin,
Qəzəbin keçənədək saxlayaydın,
Mənə möhlət verəydin,
Sonra məni yada salaydın.
14 İnsan ölsə, dirilərmi?
Növbəm çatanacan
Bu əzabdan qurtulmaq üçün hər gün gözləyəcəyəm.
15 Sən çağıranda cavab verəcəyəm,
Əllərinin bu işinin həsrətini çəkəcəksən.
16 O zaman addımlarımı sayacaqsan,
Günahımı nəzərə almayacaqsan.
17 Üsyankarlığım torbada möhürlənəcək,
Günahımın üstünü örtəcəksən.

18 Amma dağın uçub dağılması kimi,
Qayanın yerindən qopması kimi,
19 Su daşları yuvarladığı kimi,
Sellər torpağı yuyub apardığı kimi
Sən də insanın ümidini yox edirsən.
20 Onu əbədi məğlub edirsən, o köçüb gedir.
Görkəmini dəyişdirib yola salırsan.
21 Övladları şərəflənəndə də onun xəbəri olmaz,
Düşkün hala düşəndə də heç nəyi başa düşməz.
22 Hamı öz canının ağrısını duyur,
Yalnız özü üçün yas tutur».

15

redaktə

Elifaz

1 Temanlı Elifaz belə cavab verdi:
2 «Müdrik insan boş sözlərlə cavab verərmi?
Köksünü şərq küləyi ilə doldurarmı?
3 Faydasız sözlərlə, dəyərsiz nitqlərlə
Mübahisə etmək olarmı?
4 Amma sən Allah qorxusunu bir kənara qoyursan,
Allah hüzurunda düşünməyə mane olursan.
5 Çünki sənin ağzın günahdan dərs alıb,
Hiyləgərlərin dili ilə danışırsan.
6 Səni məhkum edən mən deyiləm, öz dilindir.
Dodaqların öz əleyhinə şəhadət edir.

7 İlk doğulan insan sənsənmi?
Yoxsa dağlardan da əvvəl sən var olmusan?
8 Allahın sirrinəmi qulaq asmısan?
Təkcə özünümü müdrik sayırsan?
9 Sən nəyi bilirsən ki, biz onu bilmirik?
Sənin dərk etdiyin nədir ki, biz onu dərk etmirik?
10 Bizdə ağsaçlı da, yaşlı da var,
Onlar atandan da yaşlı olar.
11 Sənə Allahın təsəllisi,
Söylədiyi xoş sözlər kifayət deyilmi?
12 Niyə qəlbin səni belə çaşdırır,
Gözlərindən od çıxır?
13 Niyə Allaha qəzəbini göstərirsən,
Dilindən belə sözlər çıxır?

3 - 0