Yorğun baxışlı insanlar var məsələn. Çox sakit,danışmaqda antonim olan. Amma səni güldürmək üçün haldan-hala düşər,mənasız şeylər danışar ard-arda.Halbuki özünü üzünü güldürən lazım.Soruşsan hər şey qaydasındadır deyər.Yorğunluq nitqinə vurar,danışmağa taqəti qalmaz,gerçəyi gözlərindən anlasınlar deyə susarlar, vaxtilə danışmaqdan,başa düşülməməkdən yorğun düşənlər.Metroda, avtobusda qapı küncün,pəncərə yanın seçərlər. Qulaqlığı taxar,neçə musiqi təkrar oxunar,fikri başqa yerdə olar.Gözü açıq yatarlar,o dərəcə yəni.Əslində isə yatmış vulkanlardı,püskürmələri an məsələsi...🦋