in the future - u will be able to do some more stuff here,,,!! like pat catgirl- i mean um yeah... for now u can only see others's posts :c
🕯️Məhəmməd_Füzuli
الحَمدُ لمِنْ أَنَارَ قَلبِي وهَدَى
والشُكرُ لِمَا فِيه مِنَ الشَوقِ بَدَا
مَا أَمدَحُ وَاهِبَاً سِواهُ أبَدا
لا أُشرِكُ في ثَناءِ ربي أَحَدَا
Əlhəmdü limən ənarə qəlbi və həda,
Vəş-şükrü lima fihi minəş-şovqi bəda.
Ma əmdəhü vahibən sivahu əbəda,
La əşrikü fi sənai-rəbbi əhəda.
Tərcüməsi:
Mənim qəlbimi işıqlandırana və doğru yol göstərənə həmd olsun.
Şükr olsun ona ki, onunla şövq başlanır.
Ondan başqa bir kimsəni mədh etmərəm.
Öz duamda Allahıma heç kəsi şərik etmirəm.
91 - 4
📖 "Bu dünya həyatı bihudə əyləncədən və oyun-oyuncaqdan başqa bir şey deyildir. Həqiqətən də, Axirət evi əbədi həyatdır. (həyatın özüdür). Kaş biləydilər!"
Ənkəbut surəsi, ayə 64.
112 - 3
Zahiri işarələrin mənası
Məna əhli nə istər bu sözlərdən,
Gözlə dodaq üçün hər işarədən.
Nə arar üzlə saç, xətt ilə xalda,
Hər kim qərar tutub məqam və halda.
Hər bir şey ki, bu aləmdə əyandır,
Əksi bu günəşin başqa cahandır.
Dünya sanki saç, xal, xətlə qaşıdır
Ki, hər bir şey öz yerində yaxşıdır.
Təcəlli gah camal, gah da calaldır,
Üz ilə saç bu mənaya misaldır.
Haqq-tala sifəti lütflə qəhrdir,
Gözəldə üzlə saç ondan bəhərdir.
Eşidilən sözlər hisslərlə gələr,
Öncə hisslər üçün mövzu düzələr.
Məna aləminin yox nəhayəti,
Ona necə yetər sözün vüsəti.
Zövqdən peyda olsa əgər mənalar,
Hansı söz təbirlə onu qavrayar.
Ürək əhli təfsir edər mənanı,
Bənzətməylə təbir edər mənanı.
Hisslər o aləmdən kölgə kimidir,
Bu bir uşaq, o bir dayə kimidir.
Mənə görə yozulandır bu sözlər,
O mənaya əvvəlki haldan düşər.
Sözlərə xas hisslər adi hal gələr,
Məna nə olduğun avam nə bilər?
Ağıl dünyasına saldılar nəzər,
Ordan nəql etdilər çox dürlü sözlər.
Tənasübə riayət etdi aqil,
Söz ilə mənaya olundu nazil.
Bütöv bir bənzətmə deyildir mümkün,
Onu axtarmaqdan vaz keçib çəkin.
Bu mənaya kimsə etməz etiraz,
Haqqdan qeyri məzhəb sahibi olmaz.
Ta ki özünləsən, qoru özünü,
Doğru saxla şəriətin sözünü.
Əhli-dilin rüxsətində üç hal var,
Fəna, məstlik, bir də iztirab – bunlar.
Hər kim tanıyırsa bu üç hal nədir,
Bilir ki, sözlə dəlalət necədir.
Səndə vicdan halı yoxdursa əgər,
Nadanlıqdan təqlidlə olma kafər.
Məcazi hal deyildir bu həqiqət,
Hər kəs bilməz nədir sirri-təriqət.
Boş şeylər deməz ki, heç əhli-təhqiq,
Burda kəşf lazım, nəinki təsdiq.
Dedim sözlər ilə məna necədir,
Bağlı saxlansa da, bilərsən nədir.
Mənalarda qayələrə et diqqət,
Lazımi şeylərə olsun riayət.
Bir yandan bununla bənzətmə eylə,
Başqa yandan baxıb fərqlənmə eylə.
Bu qayda biryolluq yerbəyer olar,
Ondan gətirərəm başqa misallar.
✍🏻Şeyx Mahmud Şəbüstəri. Gülşəni-raz
113 - 0
Allahın varlığı məsələsinə necə yanaşsaq səhvə düçar olarıq?
Əgər Allah aləmdədirsə vardır o, yox əgər aləmdə mövcud deyilsə, deməli yoxdur? Bu necə olur bəs? Bu zamana bənzəyir. Qədim zamanlarda düşünürdülər ki, zaman mövcud deyil. Amma filosoflar zamanın obyektiv varlığına inanırdılar. Amma bu mümkün deyil. Zaman üçün "gəlin axtaraq görək o haradadır?" sualı heç vaxt düzgün deyildir. Çünki zamanı nə qədər axtarsaq da tapa bilməyəcəyik. Zamanı aləmin müəyyin bir hissəsi hesab edib, digər komponentlərlə bir sırada hesab ederək, onu axtarmaq səhv yoldur. Bunu etsək, sonda yorulub deyəcəyik ki, zaman yoxdur. Deməli, yanaşma əvvəlcədən düz olmalıdır. Əgər aləmdə Allah adlı bir varlıq varsa, o başqa varlıqlarla bir sırada ola bilməz. Quranda deyildiyi kimi:
"Siz harda olsanız, O sizinlədir."
(Hədid-4)
"Əvvəl də, axır da, zahir də, batin də odur. O hər şeyi biləndir"
(Hədid-3)
"Ona bənzər heç bir şey yoxdur"
(Şura-11)
"Hansı tərəfə üz tutsanız, ona tərəf üz tutmuş sayılırsınız"
(Bəqərə-115)
"Odur Allah, göylərdə və yerdədir"(Ənam-3)
📍İnsan hiss orqanları ilə heç vaxt qeyri-mümkünü dərk edə bilməz. Əgər hiss vasitəsi ilə dərk ediləsi olsa, gərək real aləmdə mövcud olsun.Əgər o real aləmdə mövcud olsaydı, qeyri-mümkün olmazdı. Bir şey hisslə dərk olunmursa, bu o demək deyil ki, o yoxdur. Zaman hisslə dərk olunmur. Belə çıxır ki, zaman yoxdur? Əlbəttəki xeyr!
82 - 4
“Özü-özünün müəllimi və tərbiyəçisi olan kəs camaata müəllim və tərbiyəçi olan şəxsdən daha təqdirəlayiqdir”
📖İmam Əli (ə)
85 - 1
#HicabVəTərz
Saçlarımı görə bilməzsən amma...
🖇️Saçlarımı görə bilməzsən amma, neçə razmer geyim geyindiyimi 100 metrdən başa düşə bilərsən.
🖇️Saçlarımı görə bilməzsən amma, ayağımın boyu haqqında bir fikrin ola bilər. Bunun üçün damdar şalvar geyinərək sənə kömək ola bilərəm. Bunun mənim tərəfdən bir problemi yoxdur.
🖇️ Saçlarımı görə bilməzsən çünki, çox günahdır. Amma bədən əzalarımın necəliyinə baxmağında bir problem yoxdur. Problem etsəm bol geyinərəm onsuz da. Lütfən baxdığın zaman sən də sıxılma.
🖇️Saçlarımı görə bilməzsən amma, bədənimin rəngini bilməyinin heç bir müşkülü yoxdur mənim üçün. Sırf sənə kömək olmaq üçün ətək (yupka) boyunu qısaltdım, bu yaxşılığımı da unutma!
🖇️Saçlarımı görə bilməzsən amma, toylarda qarşında rəqs edə bilərəm, sən də kef və həzz ilə izləyə bilərsən məni.
Oynatdığım hər əzamda məst ola bilərsən, amma saçlarım barəsində həssasam. Tək telini görsən, cəhənnəmdə yana bilərəm.
Günümüzdəki təsəttür (hicab) anlayışı tamamilə bu həddə çatdı.
İnsanların aclıq ilə necə mübarizə apararaq qarınlarını doyurmağa çalışdığı və azadlıq tələb etmək üçün əlləşdikləri mövzusu, insanların nə geyindiyi, nə geyinəcəyi, necə davranması lazım olduğundan daha çox əhəmiyyətlidir inanın. Amma həzm edilməyən, doğru öyrənilməyən hər idealogiya və din, hər mövzu sadəcə sizin deyil, cəmiyyətin də başına bəla olur. İnandığı kimi yaşaya bilməyənlərin yaşadıqlarına inanmaq hərəkətinə görə ictimai xaos olur.
İki yolun arasında (Ərafda) yaşayanlar həm özlərinə əziyyət edir, həm də bu dini tam səmimi və tam inanclı yaşayan müsəlmanlara.
Bir qərar ver əzizim, sən kimsən?!
74 - 5
“Hicabın ictimai faydası”
Qadının özünü İslamın təyin etdiyi miqdarda örtməsi onun kəramət və ehtiramının daha da artmasına səbəb olur. Çünki hicab alçaq təbiətli, əxlaqsız şəxslərin ona qarşı yönəlmiş mənfur baxışlarının və təcavüz etməsinin qarşısını alır. Qadının yüksək şərafəti tələb edir ki, onlar evdən çıxarkən mətanətli, ağır və vüqarlı olsun, öz rəftar və davranışlarında, geyimində qəsdən kişilərin ehtiraslarını çoşduran və təhrik edən işləri görməsin, əməli olaraq yarım çılpaq vəziyyətdə gəzməklə kişiləri özünə tərəf cəlb etməsin, naz-qəmzə ilə yol gedib işvəli səslərlə danışmasınlar. Çünki bəzən onların rəftarı, yol getməyi, danışıq tərzi və s. hərəkətləri xarici mühitlə qanunsuz əlaqələr yaranmasının müqəddiməsi hesab olunur.
✍🏻 Şəhid Mürtəza Mütəhhəri (r)
74 - 3
Məryəm surəsi, ayə 1.
"Kaf Ha Ya Ayn Sad" (Mən kifayət edən, hidayət edən, ixtiyar sahibi, alim və vədi doğru olanam. Bu hərflər Allahla Onun Peyğəmbəri (s) arasında rəmzlərdir. Bu kitab həmin hərflərdən təşkil olunmuşdur. Lakin heç kəsin onun kimisini gətirmək qüdrəti yoxdur. Bu kitabın «möhkəm» və bu cür «mütəşabih» ayələri vardır.)
İmam Məhdi (ə.f) Allah Təalanın buyurduğu: "Kaf, Ha, Ya, Ayn, Sad" (Məryəm surəsi ayə 1) haqqında buyurdu:
"Kaf - Kərbəlanın adı, Ha - İtrətin həlak olması, Ya yəzid (l.ə) - o, Hüseynə (ə) zülm edəndir, Əyn - Onun (ə) susuzluğu, Sad - isə Onun (ə) səbridir.
📚 "Kəmalud - Din" bab 43, hədis 21.
86 - 6
Bismilləhir Rahmənir Rahim.
“Allahım! Sən ki dua edən hər bir bəndənə cavab verirsən, icabətinlə sevindir bizi.”
“Ya Rəbbim, haqqı haqq, batili batil bilənlərdən et bizi.”
“Ya Rəbbim, hər kəsə hər an səbəbsiz ikram edərkən kərəminlə doyur bizi.”
“Ya Rəbbim, sənin yolunda axıtdığımız göz yaşlarımızı tövbəmiz et bizə.”
“Ya Rəbbim, hər şeyi bilən Sənsən, bilmədiyimizi bilənlərdən et bizi.”
“Ya Rəbbim, Sən hər şeydən böyüksən, böyüklüyünü bilməklə genişləndir fikrimizi.”
“Ya Rəbbim, Sən ən mərhəmətlilərin mərhəmətlisisən, bağışla günahlarımızı.”
“Ya Rəbbim, qüsurlarımızı örtərək tək Sənə möhtac et bizi.”
“Ya Rəbbim, nəfsimizə zülm etməkdən qoru bizi.”
“Ya Rəbbim, savabla mükafatlandır yaxşılıqlarımızı, gözəlləşdir niyyətlərimizi.”
“Ya Rəbbim, hikmət və lütfünlə haqqı batildən ayırandan et bizi.”
“Ya Rəbbim, gerçək həyatı ver bizə, xeyirli ömür yaşat hər birimizə.”
“Ya Rəbbim, imanımızı sarsılmaqdan qoru, pisliklərdən qoru qəlbimizi.”
“Ya Rəbbim, hər şeyi bağışlayansan, kin-küdurətdən uzaq et ürəyimizi.”
“Ya Rəbbim, doğru yola gedənlərdən, Səni ananlardan et bizi.”
“Ya Rəbbim, qüsur və nöqsanlarımızı örtən Sənsən, qüsurlarımıza görə heç utandırma bizi.”
“Ya Rəbbim, hər an səbr edənlərdən, pisliyə qarşılıq olaraq yaxşılıq edənlərdən et bizi.”
“Ya Rəbbim, harada olarsaq olaq, Sənə yaxın olanlardan et bizi.”
Dua dilimizin söylədiyi ən gözəl sözdür, hər çətinliyimizdə bizə bir ümiddir, qəlblərimizi nurlandıran bir işıqdır. Allah dua və ibadətlərimizi qəbul etsin! Amin!
82 - 15
Kimdir Xanım Zeynəb?
Tanrının üzərinizdəki ən böyük dəlillərindən biri də ağlamağınızdadır. Bir dəfə sizə ağlamağın elmi faydalarından yazacağam. Amma fəlsəfi nümunə gətirib məsələni izah edə bilərik. Unutmayın ki, bir bulud nə qədər dolsa, qararsa, bir o qədər də yağdıqca boşalar. İnsanlar da bu cürdür; ağladıqca dərdlərinin acısını azaldırlar. Çalışın heç bir zaman özünüzü ağlamamağa və içdən məhv olmağa məcbur etməyin. Əgər ürəyiniz doludursa, özünüzə uyğun şərait hazır edib, ağlayın. Ürəyiniz boşalana kimi ağlasanız, bir saat sonra içinizdə uzun illərin yorğunluğunu hiss edəcəksiniz və qəlbimizi hüzur dolduracaq, yuxunuz gələcək... Yatın (Uşaq ağlayanda anasının qucağında gözlərini yumub yatdığı kimi).
Ən çətin anlarda ağlamasanız ya ürəyiniz partdıyar, ya da dəli olacaqsınız. Yaxınlarımız da dünyasını dəyişəndə ağlayırıq, ağlamasaq, o acını özümüzdən xaric edə bilmədiyimiz üçün onun verdiyi acı bizi hər zaman yoracaq və onları unuda bilməyəcəyik. (Bulud yağmasa, ildırımlar kəsilməz). Böyük acıların içində ağlamayan insan bilin ki, ruhunu öldürüb, cisminin isə idarəsini küləyə tapşırıb. İndi gəlin sizə bir qadından danışım. Bəli bəli bəli... Çoxunuzun adını eşitdiyiniz Xanım Zeynəb (s). Kimdir axı bu xanım? Kərbəla çölünə çatdıqda qardaşının burda şəhid olacağını eşitdiyində yerə oturub ahu-nalə ilə ağlayan xanım idi. Aşura günü qardaşı Hüseyn (ə) ona tapşırdı ki, bütün bu müsibətlərə rəğmən ağlamasın. Çünki bir xəstə cavandan başqa bütün kişilər şəhid olacaqdı... Peyğəmbərin (s) qeyrətini yalnız bu xanım təmsil edəcəkdi...
Sizlər təsəvvür edin ki, 6-dan çox qardaşınızı gözünüzün önündə şəhid edirlər, iki oğlunuzu öldürürlər, boynundan oxlanmış 6 aylıq balaca körpəni qucağınıza alırsınız, torpağı barmaqlarınız ilə qazıb onu dəfn edirsiniz... Qardaşlarınızın başlarını kəsib gözünüzün önündə nizəyə vururlar, cəsədlərini siz baxa-baxa atların yeni nallarının altında əzirlər... Sonra da səfər başlayır... Bütün əsir qadınlara siz əsir ola ola təsəlli olursunuz, özünüz də xanımsınız... Artıq ayaqda qalacaq taqətiniz yoxdur.
Amma nə olursa olsun siz ağlamamalısınız. Sizi kişilərlə dolu saraya aparıb lağ edəcəklər, qardaşınızın kəsik başına çubuq vuracaqlar, ordan başqa bir saraya gedəcəksiniz. İnsanlar küçədə sizi daşlayacaqlar. Geridə isə gözünüzün önündən silinməyən o səhnələr var. Üstəlik buna rəğmən gecə namazı da qılırsınız... Amma içinizdə bir cəhənnəm var, gözünüz artıq ağlamağın qarşısını aldığınız üçün ağrayır. Beliniz bükülüb, saçınıza bir günə düşüb, amma ağlamırsınız....
Xanım Zeynəb (s) bu qadın idi, İslamı yorğun çiyinlərində günümüzə çatdıran qadın. Bir qadın idi o! Atasının zamanında şəhərin əksər xanımlarına təhsil verən bir qadın idi o. Amma ağlamadı... Qardaşının ölümündən 40 gün sonra onları Yezidin sarayından buraxdılar. O günlərdən sonra ilk dəfə gəlirdi qardaşının yanına, ilk dəfə orda ağladı. İçindəki yük orda boşaldı. Bunu sadəcə bu xanımı tanıyasınız deyə dedim....
Nə olsun ki, indiki xanımlar dikdaban geyinir və əsas dərdləri görünüşlərinə və yerişlərinə olan diqqətləridi (istisnalar)... Bəlkə bu xanımı anlayarlar. Qadın zərif və incə varlıqdır. Amma buna fokuslanmaq üçün yaradılmayıb. Daha ali məqamlar və vəzifələri var!
Unutmayın! Allah islamı bir qadının əli ilə günümüzə çıxartdı. Amma imamlarımızdan birinidə bir qadın öldürüb... Yəni aradakı uçurum düşüncə tərzində və tərbiyədədir. Bu gün bu uçurum isə qadına verilən yanlış "dəyərdədir". Qadın gözəllik mankeni deyil! Qadın kişilərin eşq ehtirasını doyurması üçün şeir misraları deyil! Qadın yerişi ilə diqqəti cəlb edən Ferrari deyil! Qadın ailəsini saymayan və qüruruna yenik düşən "azad" varlıq da deyil! Qadın daha ucadır! Qadın özündə olan potensialla heyvani nəfsinə tabe kişilərin baxışını özünə cəlb edən varlıq deyil, əksinə həmin kişilərin ona baxmağa cürəti çatmayan varlıqdır... Sadəcə bu qüdrəti özü dərk etməlidir ki, idarə edə bilsin. Əks təqdirdə Anton Çexovun da dediyi kimi, "bəsit bir qadın olub bəsit kişilərin şəhvətinə xidmət edər". 21 ci əsrin aldadıcı tablolarına yenik düşər, amma o tablolar istirahət mərkəzini göstərilsədə, oralar çaqqallarla doludur...
85 - 5