2003-cü ildən “Biz xəstəxana deyil, profilaktik müayinə mərkəziyik” idealogiyası ilə fəaliyyətə başlayan Sağlam Ailə Tibb Mərkəzinin əsas hədəfi gənclər arasında nikah öncəsi və profilaktik müayinə mədəniyyətini təbliğ etmək, tibbi maarifləndirmə vasitəsilə gələcəkdə yarana biləcək xəstəliklərin qarşısını almaqdır.
Mərkəzimizin Bakı, Gəncə və Sumqayıt şəhərlərində 5 filialı fəaliyyət göstərir.
Görülən bütün işlər və əldə edilmiş nəticələr deməyə əsas verir ki, Sağlam Ailə Tibb Mərkəzi respublikamızın tibb sektorunda ən stabil və dinamik inkişaf edən tibb mərkəzidir. Mərkəzin etibarlı və dinamik inkişaf edən tibb müəssisəsi kimi nüfuzu, pasiyentlərə yüksək keyfiyyətli xidmət göstərilməsi ən vacib məqsədlərə nail olmağa kömək etməklə yanaşı, həm də beynəlxalq səviyyədə öz sözünü deməyə şərait yaradır. Əldə etdiyimiz uğurlarla kifayətlənməyərək daima irəli baxaraq fəaliyyətimizi davam etdiririk.
Ətraflı məlumat üçün: www.saglamaile.az