in the future - u will be able to do some more stuff here,,,!! like pat catgirl- i mean um yeah... for now u can only see others's posts :c
Salam, dostlar , ümid edirəm yaxşısınız.💜
Nəhayət, müsabiqə üçün ayrılan vaxt sona çatdı. Qaliblərin adlarını ya postun altına yazacağam, ya da ki videoda açıqlayacağam. Gözləmədə qalın.😍
Müsabiqədə vaxt ayırıb iştirak edən hər kəsə təşəkkür edirəm. 💜💜💜
12 - 0
Xatırlatma: Müsabiqənin bitməsinə cəmi 4 gün qaldı! 🫠
Dost və tanışlar cavablarını WhatsApp nömrəmə yaza bilərlər. Digərləri isə Instagram (gulu.veliyeva.739) və ya Facebook (Gulu Veliyeva) səhifəmə yaza bilərlər. 🌹
Hədiyyəni buradan göndərmək çətin olduğu üçün onu pul mükafatı ilə əvəz edəcəyik. Qalibləri elan etdikdən sonra mükafatı sizin kartlarınıza göndərəcəyik.
Əgər ilk üç yer arasında olmasanız, sizin üçün də gözəl bir xəbərimiz var! 🥰 Ramazandan sonra Şamil müəllimin təlimini sizə hədiyyə edəcəyik. Yəni videolarıma baxıb cavab yazan heç kim hədiyyəsiz qalmayacaq! 🥰
(Əlavə olaraq qeyd edim ki, biz hələ YouTube-dan pul qazanmırıq və heç bir sponsorumuz yoxdur. Sadəcə, ürəkdən gəldi və belə bir müsabiqə təşkil etmək istədik. Videolarımızın daha çox izlənməsini istəyirikmi? Əlbəttə ki, hə! Ancaq bundan da öncə sizinlə daha yaxın bağ qurmaq, sizi daha yaxından tanımaq istəyirəm. 🥰 Bu yarışma həm də abunə olub, lakin videolarıma baxmayanlar üçün bir fürsətdir. 😉)
Sizi sevirəm! ❤️ Sevgi ilə qalın! ❤️
9 - 0
Dostlar, cavabları ya instagram hesabıma (gulu.veliyeva. 739) , ya da WhatsApp nömrəmə yazmalısınız. 😊
10 - 2
Vəə müsabiqə suallarını elan edirəm. (Bundan öncəki postu mütləq oxuyun.)
Video sıralaması ən son videodan əvvəlki videoya doğru aparılır. Yəni ən son video nömrəsi 1 olacaq. (Sizə rahat olsun deyə, linklərini yerləşdirdim.)
1-ci video sualı- Poğaçaya keşniş vurmamağımın səbəbi nə idi?(https://youtu.be/Y1Rkxr555bE?si=FujiR...)
2-ci video sualı- Qırmızı paket Amerikanın hansı ştatının poçtundan göndərildi?(https://youtu.be/KR9tavZ_ugs?si=K3OKp...)
5-ci video sualı- Bu videoda evimizə gələn yeni əşya hansıdır?(https://youtu.be/LuO0S-7QMKc?si=n94s8...)
7-ci video sualı- Evimizdə lampası olmayan , qaranlıq otaq hansı idi ki, sonra özümüz led işıqları quraşdırdıq. (https://youtu.be/wyEMpeoypb8?si=2z_61...)
8-ci video sualı- Oxuduğum kitabın adı nədir?(https://youtu.be/BBCwF8Fgh_A?si=GMzrv...)
10-cu video sualı- Dubay şokoladının hansı növlərini hazırladıq?(https://youtu.be/wwFMymhwd-I?si=ChotV...)
11-ci video sualı- Şamil müəllimlə nə zaman tanış olduq?(https://youtu.be/ag3wabpCkHA?si=LlvR2...)
12-ci video sualı-Bu videoda taxdığım şərfi kim həddiyyə etmişdi?(https://youtu.be/1QypZ3qWiM0?si=Mh9i0...)
13-cü video sualı - Pişiklərimizi Amerikaya gətirən dostlarımızın adları nədir?(https://youtu.be/TlqSniprTB0?si=u7-uQ...)
16-ci video sualı-Aldidən aldığım ədviyyat qablarından hansının üstündə etiket yoxdur?(https://youtu.be/n3rcuoLeVQI?si=9Cf3a...)
(Əvvəl 2 gün demişdim , bu müddət az olduğu üçün 7 gün vaxt verilir. Cavabları instagram şəxsi hesabıma ya da Whatsappa yazarsınız.🌹instagram səhifəm-gulu.veliyeva.739
11 - 7
Salam, dostlarım. 🩷
Sizinlə bir şey paylaşmaq istəyirəm. Ümid edirəm ki, çox maraqlı olacaq. Mən dərslərdə də oyunlar keçirməyi sevən biri olaraq istədim ki, sizinlə də maraqlı bir müsabiqə keçirim. Müsabiqə sualları videolarımdan olacaq və sizə kiçik bir hədiyyəmiz olacaq. Ən çox kim cavab yazsa onlar qalib olacaqlar. Elə suallar soruşacam ki, haqqımızda yaxınlarımızın bildiyi cavablar olmasın. Çünki haqsızlıq olar.
10 sual və 3 yer olacaq.
Sualları salacağım videoları nömrələrlə sabah elan edəcəyəm. (İndi elan etsəm hamı görməyə bilər.)
7 gün vaxt veriləcək. Sabah gün ərzində elan edərəm inşaAllah. Gözləmədə qalın. 🌹
16 - 0
SALAM, DOSTLARIM, ÜMİD EDİRƏM Kİ, YAXŞISINIZ. KANALIMI YENİ KƏŞF EDƏN CANLAR, SİZ DƏ XOŞ GƏLMİSİNİZ. MƏNİ İZLƏDİYİNİZ, DƏSTƏK OLDUĞUNUZ, VİDEOLARIMI BƏYƏNİB RƏY YAZDIĞINIZ ÜÇÜN ÇOX SAĞ OLUN. SİZDƏN GƏLƏN XOŞ SÖZLƏR MƏNİM ÜÇÜN ÇOX QİYMƏTLİ VƏ MOTİVASİYA QAYNAĞIDIR.
BİR AZDAN İSƏ XATİRƏ DEYƏ TOPLADIĞIM VİDEOLARDAN HAZIRLADIĞIM AD GÜNÜMLƏ BAĞLI (28 oktyabrda olub ) MİNİ BİR VLOQ İZLƏYƏCƏKSİNİZ. XOŞ İZIƏMƏLƏR.🥰
53 - 3
Salam, dostlarım, ümid edirəm, hər kəs yaxşıdır. Ən son videomu izləməyənlər üçün xatırlatma etmək istədim yenə.🙂Çünki abunəçi sayı çox olmasına baxmayaraq baxış az oldu və bir az üzüldüm. Burada sizə "basqı" etmək və baxmağa məcbur etmək istəmirəm. Sadəcə adam əziyyət çəkəndə, saatlarla bir işə vaxt sərf edəndə və bu işi sevərək edib ancaq qarşılığını almayanda pis olur, motivasiyası düşür.🥹
Başınız ola bilər ki, bayramlara qarışıb və işlərlə bağlı izləməmisiniz. Empati qururam. 🙂🥰Ancaq yeni videomu (yeni evə köçmə ilə bağlıdır ) yükləmək üçün baxış sayının heç olmasa 1000 olmağını istəyirəm. Buradakı abunə sayından az.
Bu mesajdan sonra məni izləyən, "like" qoyan və məni dəstəkləyən hər kəsdən Allah əbədiyyən razı olsun. Sizi sevirəm , Allaha əmanət olun. 💜💜💜
37 - 0
Salam. Adım Gülnazdır. Yoldaşım və pişiklərimizlə birlikdə Amerikada yaşayıram. Kanalımda yemək və şirniyyat reseptləri, ev düzəni haqqında fikirlər, Amerika həyatı ilə bağlı videolar və digər faydalı məlumatlar paylaşacağam. Kanalıma abunə olub videolarımı bəyənməyi və rəy bölməsində fikirlərinizi bildirməyi unutmayın. ❤️
Hello, my name is Gulnaz. I live in America with my husband and our cats. On my channel, I will share recipes for meals and desserts, ideas about home organization, videos about life in America, and other useful information. Please subscribe to my channel, like my videos, and don’t forget to share your thoughts in the comment section. ❤️
İnstagram hesabım:
gulu. veliyeva.739