in the future - u will be able to do some more stuff here,,,!! like pat catgirl- i mean um yeah... for now u can only see others's posts :c
Mehrac Dünyamalıyev 1992-ci il sentyabrın 25-da Kəlbəcər rayonunun Mollabayramlı kəndində anadan olub.
1993-cü ildə Kəlbəcərin işğalından sonra ailəsi ilə birlikdə Şəmkir rayonunda məcburi köçkün kimi məskunlaşıb. Fiziki məhdudiyyətli (gözdən əlil) olduğu üçün təhsil ala bilməyib.
1998-ci ildən milli sazın, 2012-ci ildən isə türk sazının-bağlamanın ifası ilə məşğuldur. Heç bir musiqi təhsili yoxdur.
2019-cu ildə Gürcüstanda keçirilən əlilliyi olan şəxslərin “IVERIA BRILLIANT” festivalında iştirak edib. Həmin festivalda erməni rəqiblərini qabaqlayaraq təklikdə III yeri, komanda şəklində isə I yeri tutub.
Cari il dekabr 3-də əlilliyi olan şəxslərin VIII Ümumrespublika Bədii Yaradıcılıq Baxış Müsabiqəsində III yerə layiq görülüb. Eyni zamanda, 23 dekabr tarixində Ukraynada keçirilən “Sərhədsiz dünya” festivalında I yerin sahibi olub.
Hazırda Lider TV-də yayımlanan “Sənin Ulduzun-8” musiqi yarışmasının iştirakçısıdır.
Mehrac Dünyamalıyev Azərbaycan Aşıqlar Birliyinin üzvüdür.