Azərbaycanda evlənməyin ənənəvi yolu qızı elçilik vasitəsilə ilə nişanlayıb toy etmək olmuşdur. Ulu babalarımız "toy" dedikdə, şənlik məclisi, qonaqlıq, yeyib-içmək, çalıb-oynamaq başa düşüblər. El arasında deyilir: "Filankəs şadyanalıq edib toy çaldırıdı".
Qaynaqlarda Azərbaycanda qədim toyun 40 gün-40 gecə edilməsi haqqında məlumat vardır. XIX-XX əsrlərdə isə boyük toy varlı ailələrdə 7 gün-7 gecə, orta təbəqəli və yaxud yoxsul ailələrdə 3 gün, cox vaxti isə bir gün davam edirdi.
Toy şənliyinə 2-3 gün qalmış "çağırışçı", bəzi bölgələrdə "salaçı" və ya "xəlfə" adlanan bir nəfər muəyyən qədər noğul verib adamları toya dəvət etməyə göndərərdilər. Çağırışçı evləri gəzib noğulu paylar və adamları toya dəvət edərdi. Dəvət olunanlar "mubarək olsun", - deyib şirni nəlbəkidə yumurta, meyvə və yaxud xırda pul qoyardılar.
Toya bir neçə gün qalmış oğlan evində çörək və yaxud yuxa (lavaş) bişirib tədaruk görərdilər. Ətlik heyvanlar isə toydan bir gün əvvəl kəsilər və ət tədaruk edilərdi.