Sahibəz-Zaman məscidinin rəsmi YouTube səhifəsi. Kanalımıza abunə olmağı və videolarımızı paylaşmağı unutmayın!
Sahibəz-Zaman (ə.f) məscidi Bakının Buzovna qəsəbəsində inşa edilib. 1688-ci ildə inşa olunan bu məscid Abbasqulu ağa Bakıxanovun ana babası Hacı Məlik Məmmədxan Hacı Əmir Məhəmməd oğlu tərəfindən tikilib. Bu məscid də başqa məscidlər kimi, sovetlər dövründə bağlı qalıb. 1991-ci ildən sonra mərhum axund Hacı Rasimin təşəbbüsü ilə məscid fəaliyyətini yenidən bərpa etmiş və məsciddə ibtidai dini təhsil tədris olunmuşdur. 2014-cü ildə məsciddə təmir-bərpa işləri aparılmış və bir il sonra tam başa çatdırılmışdır.
Videoların başqa YouTube kanallarında yayımlanması yalnız istinad (loqo) olduğu təqdirdə icazəlidir!