Azərbaycan şairi, yazarı
Eminquey mənəm. Öyrəşdiyiniz dildə desəm, Emin Əlizadə Akif oğlu. 1994-cü ilin 11 iyununda, yəni eramızın 166-cı it ilində doğulmuşam. “O, hələ uşaq vaxtlarından şeirlər yazırdı” şablonu mənə aid deyil. Uşaq vaxtı yazdığım uzaqbaşı inşa olub. 11-ci sinifdə #poeziya ilə başladığım yazı-pozu yolumun bugünə qədərki 7-8 ili #mətbuatda yazmaqla keçib. Bəli, çörəyim həm də #sözdən çıxır. Bundan öncə “Günəbaxan” adlı şeir kitabım çap olunub. Bu kitabda oxuduğunuz mətnlər isə bu illər ərzində öz bəyəndiyim yazılardır ki, kitab halına salmışam. İnternetə etibar yoxdur, kitab isə köhnə dostdur. Əgər bura qədər ciddiyə almamısınızsa, mənim üçün çox önəmli olmasa da, sizin üçün qeyd edim ki, Bakı Neft Energetika kollecində menecment ixtisasını bitirmişəm, BSU Yaradıcılıq fakültəsinin də məzunuyam. 2021-ci ildə Prezident təqaüdünə, 2022-ci ildə isə Mədəniyyət Nazirliyi tərəfindən ”İlin gənci” mükafatına layiq görülmüşəm. #Kitab ımın adı “Susdum” olsa da, susmamışam.