Fərid Qasımzadə "Xanım Fatimeyi-Zəhra məscidi"nin İmam müavinidir, hazırda orada fəaliyyət göstərir. Kanalda onun İslam dininə aid müxtəlif mövzulardakı xütbə və çıxışları paylaşılır. Fərid Qasımzadə Əli oğlu 2001-il iyun ayının 4-ü Lənkəran rayonunun Şağlaser kəndində doğulub. Uşaq yaşlarından dinə marağı olub, ilkin dini biliklərini orada aldıqdan sonra 2018-ci ildə 404 balla Azərbaycan İlahiyyat İnstitutunun "Dinşünaslıq" ixtisasına daxil olub və 2022-ci ildə həmin İnstitutu Bakalavr pilləsi üzrə birinciliklə (ÜOMG 98,42) və "Qırmızı diplom"la bitirib. O təhsil aldığı dövrdə yüksək akademik göstəricilərinə görə ən çox adlı təqaüdə layiq görülüb və təhsil aldığı dövrdən başlayaraq Aİİ-də, məscidlərdə müxtəlif mövzularda inanclılar qarşısında çıxışlar edib. F. Qasımzadə 24 may 2022-ci il tarixində Din xadimlərinin təyin olunması üçün elan edilmiş müsahibədə yüksək nəticə əldə edib. Hazırda fəaliyyətini davam etdirir. Kanala abunə olub və yeni videoları izləyə bilərsiniz.