Channel Avatar

Kami313 @UCNXnpgUX4Yq_v6LDGR0ZdVw@youtube.com

14K subscribers - no pronouns :c

Qəlblər yalnız Allahı zikr etməklə aramlıq tapar Rəd surəsi,


Welcoem to posts!!

in the future - u will be able to do some more stuff here,,,!! like pat catgirl- i mean um yeah... for now u can only see others's posts :c

Kami313
Posted 3 days ago

Hacı Şahin Həsənli:

"Ən böyük nemətimiz - həyatdır. Biz varıqsa, artıq xoşbəxtik. Malik olduqlarımıza da diqqət kəsilməyi bacarmalıyıq. Başqalarında olub bizdə olmayanlara yox, özümüzdə var olanlara baxaq”.

#xətiblərdən

56 - 0

Kami313
Posted 1 week ago

Axund Azər Sani:

“Xanım Zəhranı (s.ə) cəmiyyətin mərifətsizlik dərdi öldürdü. Nə mismar, nə qapı, nə divar, nə xəlifəlik.. Bu cəmiyyət Həzrət Əli (ə) kimi şəxsi əli-qolu bağlı saxladı. O Əli (ə) ki fəzilətindən danışsan, söz qurtarır, amma onun fəziləti qurtarmır”.

68 - 0

Kami313
Posted 1 month ago

Cəmadiul-əvvəl ayının 5-i (Noyabr ayının 7-İ) iffət və müqavimət nümunəsi Xanım Zeynəbin (s.ə) mövludu münasibətilə başda İmam Zaman (ə.f) olmaqla bütün müsəlmanları təbrik edirik.

25 - 0

Kami313
Posted 2 months ago

Hacı Şahin Həsənli:

“Valideyn övladını tərbiyələndirmək istəyirsə, öz üzərində çalışmalıdır. Valideynlər özlərinə qarşı hörmət tələb edirlərsə, özləri övladlarına qarşı ehtiram göstərməlidirlər”.

80 - 0

Kami313
Posted 2 months ago

Hacı Şahin Həsənli:

“Şəhidin qanı heç zaman hədər ola bilməz. Çünki o qan torpağa tökülürsə, bu cəmiyyətdə yenidən oyanış yaradar. Azərbaycan şəhidi bizim qurur mənbəyimizdir”.

#xətiblərdən

64 - 0

Kami313
Posted 4 months ago

📃 Zülmün əvvəli Səqifədən, davamı isə xanım Fatimənin (ə) şəhid edilməsindən başladı. Bu iki zülmün nəticəsində İmam Hüseynin (ə) başına bu müsibətlər gəldi:

"Sonra həmin alçaqlar İmam Hüseynə (ə) hər tərəfdən hücum etdilər. Zürə ibn Şərik İmam Hüseynin (ə) sol çiyninə bir zərbə vurub, çiynini (yerindən) ayırdı. Başqa birisi İmam Hüseynin (ə) boynuna zərbə endirdi və o Həzrət üzü üstə yıxıldı. Sənan ibn Ənəs də onu nizə ilə vurdu və yerə yıxdı. Xuli ibn Yezid Əsbəhi qabağa qaçıb atından endi ki, İmam Hüseynin (ə) başını ayırsın. Onun bədəni titrədi. Şimr dedi: "Allah sənin qollarını qırsın! Niyə titrəyirsən?" O daş qəlbli adam atdan enib, İmam Hüseynin (ə) başını kəsdi, sonra isə, o müqəddəs başı Xuliyə tapşırıb dedi: "(Bu başı) Əmir Ömər ibn Sədin yanına apar". Daha sonra həmin həyasız insanlar İmam Hüseynin (ə) paltarlarını oğurlamağa və onu üryan qoymağa başladılar. İmam Hüseynin (ə) köynəyini İshaq ibn Həyat Həzrəmi, alt paltarını Əbcər ibn Kəb oğurladı, əmmaməsini Əxnəs ibn Mursəd götürdü, qılıncını da Bəni-Darəm qəbiləsindən bir nəfər apardı. İmamın (ə) atını, dəvəsini, əşyalarının hamısını apardılar və qadınların paltarlarını, zinət əşyalarını da qarət etdilər".

📕 Şeyx Müfid - "əl-İrşad", səh 160-161.

45 - 0

Kami313
Posted 5 months ago

Tarixdə harda görülüb 3 yaşlı qızı sakitləşdirmək üçün atasının kəsik başını qarısına qoyalar?😢😢😢

56 - 0

Kami313
Posted 5 months ago

Əgər kimsə müasiri olan özündən üstün birinin üstünlüyünü qəbul edə bilmirsə, demək ki, o İmamətin fəlsəfəsini dərk etməyib və Əliyə (ə) olan məhəbbətində də səmimi deyil.

Qədir-Xum bayramınız mübarək ❤️

47 - 0

Kami313
Posted 5 months ago

24 - 0