İnsan qəlbini Allah ilə məşğul etməlidir ki, dilindən gözəl söz çıxsın.
Dil öz başına qalanda riyakar olur.
Gözəl bər-bəzəkli, məzəli danışır insanları özünə valeh edə bilir,amma hikmətli, faydalı sözlərdən uzaq olur, özüdə dinləməyi bacarmır....
Oxuyub öyrənmək hələ anlamaq deyil,
Sevən anlayır,
Anlayan yaşayır,
Yaşayan, qovuşur Rəbbinə....
Dil qəhrəmanı olmaq xəstəlikdi.
Əməl köləsi olmaq isə azadlıqdır.
Zəhmətkeş insanın həyatı bərəkətli olur.......
Sizin ən xeyirliniz insanlara faydalı olanınızdır. Hz. Muhəmməd (s.a.v.)
Dili 4 şeydən qoruyun.
Lənətdən,
Söyüşdən,
Böhtandan,
Yalandan,
Qəlbi 4 şeydən qoruyun.
Nifrətdən
Paxıllıqdan
Qəzəbdən
Riyadan..
Allahım acizlikdən, tənbəllikdən, qorxaqlıqdan, lənətdən, riyakarlıqdan, yalandan, böhtandan, paxıllıqdan Sənin Rəhmətinə sığınıram. Qoru bizi islah eylə...
Sözlər:Eyvaz Həşimov