Nömrələrə xidmət: Qalaaltı Hotel & Spa da 24 saat otaqlara yemək sifarişi vermək imkanı mövcuddur. Hər bir otaqda “ Otaq servis menusu” qoyulmuşdur. Menyuda qeyd edilən yemək və içkiləri ən tələbkar müştərinin istəyinə cavab verəcək halda təmin edilməsi üçün restoranımız yüksək peşəkarların nəzarəti altında 24 saat fəaliyyət göstərməkdədir.
Bundan əlavə, gecə yarısı susuzluqdan əziyyət çəksəniz, otaqlarda hər növ içkilərlə doldurulmuş minibardan istifadə edə bilərsiniz. Sular və şirniyyatlar minibarda soyudulmuş halda, qidaların saxlanılması qaydalarına tam uyğun şəraitdə istifadəniz üçün sunulur.
Minibar və otaq xidmətləri otaq xidmətinə daxil deyil və əlavə ödənişlidir.
Otaq və ümumu sahələrin təmizliyi: Bir sağlıq müəssisəsi olaraq biz təmizliyə xüsusi diqqətlə yanaşırıq. Gündəlik otaqların və ümumi sahələrin təmizlənməsi ilə yanaşı, həşaratların yayılmasına şərait yaradan və bir çox infeksion xəstəliklərə yol açan amilləri aradan qaldırmaq üçün müntəzəm olaraq gərəkən tədbirləri gö